Qonaq Kitabı
MÜSƏLMANLARIN HALI

Hökumət qapısında

 

-         Kərbəlayı Bədəl, görə bildin?

-         Görə bildim.

-         Nə dedi?

-         Dedi: “Zavtra”!

 

Ağalar qapısında

 

-         Məşədi Fərəcullah, ağa evdə idi?

-         Bəli, evdə idi.

-         Səni gördü, nə dedi?

-         İki dəfə üzümə tüpürdü, bir dəfə də atamın goruna söydü.

 

İntelligent qapısında

 

-         Mahmud əmi, razı oldumu?

-         Balam, yox!

-         Nə üçün?

-         Dedi, beş yüz manat ver, yazım.

 

Dövlətli qapısında

 

-         Kərbəlayı Müseyib, getmişdin?

-         Hə, getmişdim.

-         Görə bildin?

Balam, yox. Səhər yatmışdı, günorta çörək yeyirdi, axşam da evdə yox idi.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info