Qonaq Kitabı
KƏND MƏKTƏBİNDƏ

M ü ə l l i m (şagirdə). Atan var?

Ş a g i r d. Var.

M ü ə l l i m. Anan var?

Ş a g i r d. Var.

M ü ə l l i m. Neçə qardaşsınız?

Ş a g i r d. Üç!

M ü ə l l i m. Neçə bacın var?

Ş a g i r d. Beş.

M ü ə l l i m. İndi, hesab elə gör sizin külfətdə neçə adam var?

Ş a g i r d (bir qədər fikirdən sonra). Mirzə, on bir adam var.

M ü ə l l i m. Neçin on bir olsun? Bu ki, on eylər?

Ş a g i r d (utana-utana). Mirzə, axı dədəmin iki arvadı var.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info