Qonaq Kitabı
QAFQAZDA MÜSƏLMAN KƏNDLİSİNİN HALI

S i ç a n. Atakişi əmi, taxılın cücərmədi?

Ç ə g i r t k ə. Atakişi əmi, taxılın göyərmədi?

D o l u. Atakişi əmi, taxılın sünbüllənmədi?

H ö r ü m ç ə k   H a c ı m u r a d   x a n. Atakişi əmi, taxılını döymürsən?

B ə y. Atakişi əmi, taxılın çuvala yığılmadı?

S t r a j n i k. Atakişi əmi, xurcunlarım hazırdır, taxıl necə oldu?

A t a k i ş i   ə m i n i n   u ş a q l a r ı. Dədə, bəs təzə taxıldan havaxt çörək bişirəcəyik?

A t a k i ş i   ə m i n i n   q a r n ı. Qurr!.. A kişi, acından öldüm!

A t a k i ş i  ə m i (acıqlı) Qarnım! Barı sənsə dinmə, yoxsa, Quran mənə qənim olsun ki, soxaram xəncəri, tökərəm bağırsaqlarını çölə indi ya!!!

Yazıq Atakişi əmi! Bir məsəl var, deyərlər ki, on iki qurda bir boz eşşək neyləsin?



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info