Qonaq Kitabı
AXMAQ VƏZİR

Bir dəfə rus vəzirlərindən birisi öz sekretarını çağırıb dedi ki, götür, Rusiyada nə qədər axmaq adam varsa, hamısının adını bir-bir yaz.

Sekretar əlinə kağız götürüb lap başda vəzirin öz adını yazdı. Vəzirin buna acığı tutub dedi:

- Bu saat mənim axmaqlığımı sübuta yetirməsən, səni tutub voyenni polevoy sud hökmü ilə rastrelivat etdirəcəyəm.

Sekretar ərz elədi ki:

- Bu saat sübuta yetirim. Sən götürüb Lidval adlı bir suçuya on milyon put taxıl zakaz veribsən və ondan tutub bir şey girov almaq əvəzində, özün qabaqca ona bir milyon manat pul veribsən? Aya, indi görək haman suçu Lidval bir milyon manat pulu alandan sonra gətirib sənə taxıl veribmi?

Vəzir dedi:

- Sən nə bilirsən ki, verməz?

Sekretar cavab verdi:

- Zərər yoxdur, nə vaxt gətirib versə, sənin adını pozub onun adını yazaram.

 

Birisi bir kora dedi:

- Allah təala bir adamı kor eləyəndə əvəzində ona təsəlli üçün bir yaxşı qabiliyyət əta eləyir, sənə nə qabiliyyət əta eləyibdir?

Kor dedi:

- O gözəl qabiliyyəti əta eləyibdir ki, nə yalançı millətpərəstlərin nə fokkusbaz sosialistlərin üzünü görürəm, nə də qiyamətə kimi görəcəyəm! Vəssalam!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info