Qonaq Kitabı
PEYĞƏMBƏR

Bir kişi peyğəmbərlik iddiası eləyirdi. Onu tutub qubernatorun yanına gətirdilər. Qubernator soruşdu ki, heç möcüzə göstərə bilirsənmi?

Dedi:

- Göstərərəm.

Dedi:

- Nə göstərərsən?

Dedi:

- Bu saat bilirəm ki, sən nə fikir eləyirsən.

Qubernator dedi: 

- Bil görək.

“Peyğəmbər” dedi:

- Bu saat sən fikir eləyirsən ki, əgər bu kişi yalançı olsa tutub həbs edərəm, amma sonra rüşvət alıb buraxaram.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info