Qonaq Kitabı
AND İÇMƏK

-         Kərbəlayi Nəcəfqulu, saat neçədir?

-         Dəstədən on iki dəqiqə keçibdir.

-         Ba?!

-         Əbülfəzl Abbas haqqı.

 

-         Məşədi Həsən, dünən sən də qonaqlıqda idin?

-         Yox, Həzrət Abbasın qələm edilən qolları haqqı!

 

-         Molla Vəli, bilirsən dünən Nəcəfəli bəyə nə dedim?

-         Nə dedin!

-         Dedim: Əlinin qəzəb oğlu Həzrət Abbas mənə qənim olsun yalan deyirəmsə, bu saat qarnuvu yarıb tüstü ilə dolduraram.

-         Deyinən, sən öl!

-         Sən öl! Həzrət Abbas belimdən vursun ki!

 

-         Kərbəlayi Hümmət, mənim başmaqlarımı sən geyibsən?

-         Yox, Həzrət Abbasın bir cüt düşən qolları haqqı!

-         A kişi, ta niyə yalandan and içirsən. Budur, hana, mənim başmaqlarım səndədir.

-         Buy, Həzrət Abbasın qılıncına gəlim ki, elə bilirdim özümündür!!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info