Qonaq Kitabı
İRANIN EVİ YIXILIB

-         Sabahın xeyir olsun, Kərbəlayi Qulu!

-         Aqibətin xeyir olsun, Məşədi Nəbi!

-         Bilirsən, nə var?

-         Yox, necə?

-         İranda azadlıq verilibdir.

-         Hə, bir elə əhval eşitmişəm, ancaq azadlıq, yəni nə olsun?

-         Azadlıq odur ki, İranda indən belə hambaldan tutmuş vəzirə kimi bir məclis qurub, dövlət işinə məsləhət və məşvərətlə baxacaqdılar.

-         Pəh, deynən İranın evi yıxılıbdır da!

-         Necə?!

-         Əşi, bir məclisdə ki, hambal vəzirlə söhbət edəcəkdir, o məclisdən nə yaxşı şey gözləmək olar?!

 

-         Keyfin yaxşıdırmı, Kərbəlayi Qurquşum?

-         Keyfin yaxşı olsun, usta Həsən?

-         Eşitdinmi İranda nə olubdur?

-         Yox, nə olubdur?

-         Pəh, İranda azadlıq verilibdir!

-         Yəni nə olacaqdır?

-         O olacaqdır ki, bundan sonra hambal vəzir ilən bir yerdə məclis qurub, söhbət edəcəkdir!

-         Bu yaxşı olmadı, usta Həsən!

-         Neyçün?

-        Əşi, bir hambal ki, vəzir ilən dizbir olub söhbət eləyə, sonra gəlib on put arpanı iki köpük manata şəhərin o başınadək aparmağa razı olarmı?



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info