Qonaq Kitabı
MƏKTUB (140)

 

Həmidə!

 

Dərmanı aldım. Sənin çaynikini itirmişik, amma söz verirəm ki, sən Bakıya gələn kimi sənə eynilə o cür bir çaynik alım. Hələlik sahmana düşməmişik. Xozeyinimiz Rəhim sabah Şuşaya gələcək ki, sizin Şirin xanımdan alaçıq üçün vədə verdiyi gecəni alsın (Əsədzadə bu məsələni bilir). Mənim halım pis deyil və elə güman eləyirəm ki, dağlıq yerdə ilk günlər keçirdiyim ağır hal keçib gedib. Elə ki, sahmana düşdük, sən də buraya gəlib bizimlə bir yerdə ola bilərsən. Bura təbiətin gözəl bir guşəsidir və suyu da İsa bulağının suyu kimidir. Tut boldur, bu mənə lap sərfəlidir.

Qəməri göndər, bizim üçün 5 girvənkə düyü alsın və Rəhimlə göndər. Süleyman kişinin oğlu Əliş onun evində qoyub gəldiyim yodu və həmçinin özünün hazırladığı yodu (hər ikisi ağdır) mənə göndərməlidir.

Ənvər və Midhətdən nə xəbər var? Hər ikisini xətrim elə istəyir ki! Yola düşəndə ürəyim üçün elə narahat idim ki, səninlə xudahafizləşməyi də yaddan çıxardım. Heç bilmədim necə oldu ki, mən belə elədim. Bunun üçün məndən incimə.

Pis olmazdı Əsədzadə qabaqcadan Rəhimlə danışaydı ki, biz mövsümün axırınacan burada, bağda qalmaq üçün nə qədər və kimə pul verəcəyik (söz yox ki, buraya gəlməyimizin və getməyimizin də xərci öz qaydasınca). Bunu qabaqcadan danışmaq lazımdır, yoxsa sonra narazılıq ola bilər. Bu məsələni təxirə salma.

10 girvənkə kartof və bir az kömür göndər.

Xudahafiz.

Münəvvər salam göndərir. 5 girvənkə təzə lobya da göndər.

 

Cəlil.

Qəmərlə 20 manat göndərdim.

C.

 

 

 

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info