Qonaq Kitabı
MƏKTUB (139)

 

Həmidə!

 

Mən sənə işlərimiz barədə bir neçə məktub yazmışam: biri veksellər və Dövlət bankının reyestrləri ilə bərabər yazılan sifarişli məktub idi; o biri sifarişli məktubda yazmışdım ki, ağacları əkmək üçün çalalar hazırlansın; üçüncü məktubu isə srağa gün Maşonun qaynı Vasili Bedoşvili ilə göndərdim.

Axırıncı məktubda sənə mən sənin veksellərinin müddəti barədə yazmışdım. Yazmışdım ki, veksellər məni gecikdirəcəkdir, yoxsa kəndə can atıram ki, sifariş verilən alma ağacı və s. şitilləri əkim. Yazmışdım ki, Dövlət bankı tələb eləyir pul almaq üçün bir dəfə sən özün şəxsən banka gələsən.

Bu gün bankda mən hesablama üzrə üzv olan İsmayıl bəy Hüseynbəyovu gördüm. O dedi ki, əgər sən gəlmək istəməsən, onda gərək mənim adıma vəkalətnamə göndərəsən. Sənin imzanı notariusu əvəz edən Ağdam sülh məhkəməsinin hakimi təsdiq etməlidir. Vəkalətnamə belə bir müxtəsər məzmunda olmalıdır: Mən, aşağıda imza edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə bununla ərim Cəlil Məmmədquluzadəni vəkil edirəm ki, Dövlət bankının Tiflis kontoruna və Tiflis (...)

Əgər nə vəkalətnamə göndərdin, nə də özün gəldin, onda imzalanmış veksel və reyestr göndər, Volqa-Kama bankından (pul) almağa çalışım.

 

Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info