Qonaq Kitabı
MƏKTUB (138)

 

Möhtərəm yoldaş!

 

Keçən il fevral ayında sizin isminizə, satdırmaq üçün, beş ədəd “Ölülər” kitabçası göndərildi. İndi sizdən xahiş olunur satılanlarının pulunu, satılmayanların özünü göndərəsiniz (25 faizi, əlbəttə, çıxılacaq).

Qaldı kitabçalar söhbəti. Noyabr ayında (25) iyirmi beş ədəd “Sirkə”, dekabrda 25 “Molla Fəzləli” və yanvarda 25 “Baqqal” və 25 “Şeir bülbülləri” göndərildi. Bəlkə də zəhmətlər sizin üçün əlverişli deyil, amma ümidvarıq ki, bunu siz maarif naminə vəzifə hesab edib və bu zəhmətə qatlaşıb mürur ilə kitabçalardan satdırarsınız və həmçinin pullarını öz vaxtında göndərərsiniz.

Ehtiramla.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info