Qonaq Kitabı
MƏKTUB (137)

 

Bakı, 7 iyun.

 

Əzizim Baba!

 

Sizin evdə uşaqlar hamısı salamatdırlar. Atan gedibdir Naxçıvana, mən sizin evə iki dəfə telefon edib uşaqların kefini xəbər almışam. Buralar salamatdır. Heç bir yanda narahatlıq yoxdur. Şəki tərəfində qabaqlarda bir az narahatlıq var idi, amma indi hər yan sakitdir.

Bəs sən nə vaxt gələcəksən? Gəlsən, arxayın və bolluca söhbət edərik.

Hələ ki, salamat ol.

 

Səni istəyən Cəlil (Məmmədquluzadə).

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info