Qonaq Kitabı
MƏKTUB (136)

 

Məmmədəli!

 

Jurnalın 2-ci nömrəsindən sənə baqajla 5 yüz göndərdim və teleqrafla baqajın nömrəsini məlumat elədim. Ancaq 3-cü nömrədən sənə 3 yüzdən artıq göndərə bilməyəcəyəm, çünki səhvən az çap olunub və bu üç yüzü də poçtla banderol edəcəyəm və satılan jurnalın hər birinə 18 qəpik göndərə bilməsən, Bakı bazarından bizə bir şey qalmayacaq. Çünki vallah, jurnal qızıl qiymətinə başa gəlir, o dərəcədə hər bir şey bahadır; ələlxüsus bu şəkilləri.

 

Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info