Qonaq Kitabı
Sərsəri, girmə meydana

Sərsəri, girmə meydana,

Aşiq, səndən yol istərlər.

Qəllaş ilə oturmadan

İman əhli pul istərlər.

 

Bu yola girən oturmaz,

Haqq sözə hiylə qatılmaz,

Bundan heç hiylə satılmaz,

Gövhərindən qul istərlər.

 

Bir qılı min para edər,

Bu yolu ixtiyar edər,

Şahım bir yol qurmuş gedər,

Yol içində yol istərlər.

 

Şah Xətayi der: – Neylərsən?

Hər müşkülü həll eylərsən.

Arısan, çiçək iylərsən,

                                                 Yarın səndən gül istərlər.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info