Qonaq Kitabı
MƏKTUB (133)

 

Mənim Möhtərəm Kislovodsk tanışlarım Vladimir Pavloviç və Valentina Pavlovna Aqapyevlər!

 

Sizdən ayrılandan sonra mən yanvarın 2-də Bakıya gəldim və yanvarın 7-də buradakı Semaşko adına xəstəxanaya girdim. Yanvarın 19-da xəstəxanadan buraxdılar və fevralın 20-dək ambulatoriyada müalicəyə gedib gəldim.

Bütün bu müddət ərzində mənim dərdi-sərim bu idi ki, qan təzyiqim xeyli qalxmışdı. Axırı bundan təngə gəlib, naxoşluğumu da, qan təzyiqini də yaddan çıxardım. İndi kefim necə istəyir, elə də yaşayıram. Bütün ümidimi ancaq Allaha bağlamışam.

Bu mənim tərcümeyi-halım.

İndi isə Siz deyin görək:

Vladimir Pavloviçin gözü necədir? Siz orada, Kislovodskda nə qədər qaldınız və nə vaxt, haraya yola düşdünüz? Valentina Pavlovnanın əhvalı necədir?

Əgər bu kağızım sizə çatsa, mənə bir-iki kəlmə yazmağa vaxtınız və imkanınız olsa, sizin barənizdə dürüst məlumat almağımdan çox məmnun olaram.

Çox yazmağa halım yoxdur. Odur ki, kağızımı qurtarmaq istəyirəm.

Hələlik.

Sizə xoşbəxtlik arzulayıram.

Bu il haraya getmək fikrindəsiniz?

Sizə hörmət bəsləyən

 

Cəlil Məmmədquluzadə

“Molla Nəsrəddin” jurnalı redaktoru.

Bakı, Staraya poçtovaya küçə, ev â„– 64.

 

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info