Qonaq Kitabı
MƏKTUB (132)

 

Məmmədəli!

 

Avqustun 5-də banka 50 manat verməliyik. Odur ki, indi özgə yana pul xərcləyə bilmənik. Evin təmirinə hər nə qədər lazım olsa, sonra verərik. Böyük otağı ev sahibi borclu olub təmir etsin, amma Münəvvər yatan otağı mən borclu olmuşam. Bir də örtülü balkonu şirləməyi mən öhdəmə götürmüşəm. Qoy upravlyayuşşi xərc çəksin, sonra hesablaşarıq. Bundan sonra paveskaları saxla, göndərmə, çünki gələcəyəm. İrəvana, Aşqabada, Bakıya, Təbrizə və bir də hər yanda nisyəmiz var, kağız yaz göndərsinlər. Çünki poçta və banka bilmirəm hardan pul tapacağam.

 

Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info