Qonaq Kitabı
MƏKTUB (130)

 

4 iyul.

 

Əzizim Midhət!

 

Sən və o biri uşaqlar necəsiniz? Anan necədir? Nə üçün mənə heç kağız yazmırsan?

Bu kağızla sənin diqqətini bir məsələyə cəlb eləmək istəyirəm: kənddən kirli sürücünün yanında oturmusan. Halbuki gərək öz ananın yanında oturaydın, çünki daha sən kiçik oğlan deyilsən axı. Ananın yanında siz təzə xanımı oturtduğunuza  görə Müzəffər Ağdamda bazarda sizin yanınızda ola bilməyib və utandığından çalışıb aradan çıxsın. Bu səbəbdən o, sizi Şuşaya da yola salmaq istəməyib (bir də axı heç onun üçün oturmağa yer də yox imiş). Amma bu onun işidir və ananın işidir, səndən – oğlumdan – xahişim budur ki, bundan sonra həmişə ananın yanında olasan, qozlada yox (əgər səni buna vadar eləyən səbəb olmasa).

Səni bağrıma basıb min-min dəfə öpürəm.

Anana və uşaqlara salam. Onlara ayrıca yazaram.

 

Cəlil.

 

Bu gün Şuşaya ananın adına 50 manat pul göndərdim.

 

C.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info