Qonaq Kitabı
MƏKTUB (129)

 

20 iyun.

 

Münəvvər!

 

Şüşə qabdakı pambığı ehtiyatla çıxart ki, içində dərman var.

Qlazomer tapılmadı, həqiqi ayna yoxdur, şüşə və çinidən var ki, onları da doktor Mehmandarov məsləhət görmədi sənə göndərim. Axtaracağam, tapan kimi göndərərəm. Sizdən bircə dənə də kağız almamışam, nigaranam, bilmirəm Həmidə xanımın və uşaqların kefi necədir. Adamların (həbsdən) azad olmaları barədə əlləşirəm.

Şuşaya haçan gedirsiniz?

Şeylərin pulu barədə qəbzi göndərirəm. Sənə nə lazım olsa, yaz. Sənə pul da göndərəcəyəm.

 

Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info