Qonaq Kitabı
MƏKTUB (128)

 

Bakı, 17 sentyabr.

 

Həmidə!

 

Padaqranın müalicəsi haqqında məktubunu aldığım zaman bilmədim sənə necə cavab verim. Bakıda gətirilmə palçıq var, amma onun barəsində rəylər yaxşı deyil. Müalicəni gərək əməlli-başlı eləmək. Buna isə həm pul, həm də başqa şeylər lazımdır. Ona görə də mən belə hesab eləyirəm ki, hələlik gözləyib dözə bilirsənsə, gərək gözləyəsən. Mən sənə kömək eləyə bilərdim, amma, əvvələn, yayda var-yox pulumu xərcləmişəm, ikincisi, indi (məktəblərdə) məşğələlər başlandığına görə xərc-xiracatım xeyli artmışdır, maddi vəziyyətim ağırlaşdığı üçün hətta qəpikləri də saymaq və çox ehtiyatla tərpənmək lazım gəlir.

Sənə Şuşada söz vermişdim ki, müalicədə sənə kömək eləyəcəyəm və hətta Tiflisə də gələcəyəm. Mən vədimə əməl eləməyə hazıram, amma yuxarıda izah elədiyim səbəbə görə indi yox, çünki belə bir səfərə başlamaq üçün müəyyən miqdarda məbləğ gərəkdir. Bir də indi heç cür yola düşə bilmərəm, çünki indi Bakıda jurnalla və başqa məsələlərlə bağlı çoxlu işim var.

Dünən sənə ancaq 40 manat pul göndərə bildim.

Uşaqlar məktəbə getməyə hazırlaşırlar və ikisi də sağ-salamatdır, kefləri kökdür.

 

Cəlil.

 

Öz aramızdır, sənə deməliyəm yaxşı olardı ki, Müzəffər nə mollalarla, nə də başqa xoşagəlməz şəxsiyyətlərlə (məsələn, Ağa Əbdürrəhim ağa ilə) oturub-durmasın. Bizim ailəmiz onlardan uzaq olmalıdır. Düz demirəm?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info