Qonaq Kitabı
Sözünü bir söyləyənin

Sözünü bir söyləyənin

Sözünü edər sağ bir söz.

Pir nəfəsin dinləyənin

Yüzünü edər ağ bir söz.

 

Bir söz vardır xalq içində,

Dəxi söz var xülq içində,

Olmaya ki, dəlq içində

Deyəsən çarqadağ bir söz.

 

Söz vardır, kəsdirər başı,

Söz vardır, kəsər savaşı,

Söz vardır ağulu aşı,

Bal ilən edər yağ bir söz.

 

Sözünü yaxşı bişirgil,

Yaxşı us ilə düşürgil,

Yaramazını şaşırgil,

Canına olur dağ bir söz.

 

İstərəm görəyim yarı,

Bu rəmzi anlagil barı,

Hezaran əhli-iqrarı

Elər qara toprağ bir söz.

 

Şah Xətayi ayatından,

Sözün söylə öz zatından,

Olmaya kim, pir qatından

Səni edə irağ bir söz.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info