Qonaq Kitabı
MƏKTUB (125)

 

Şuşa şəhəri, 13 avqust, 1931.

 

Əziz oğlum Midhət!

 

Bu kağızı sənə Şuşadan yazıram. Bakıdan iyulun 7-də çıxıb Kürdəmirə gəldim. Orada bir həftə Münəvvərin yanında qaldım. Müzəffər və Münəvvər mənə çox mehribanlıqla qulluq edirlər.

İyulun 13-də Münəvvərlə birlikdə Kürdəmirdən çıxıb, Yevlaxa, oradan da Ağdama gəldik. Üç gün Əliş Əmirovgildə qaldıq və iyulun 16-da Şuşaya, ananın yanına gəldik. Anan da Şuşaya iyulun 7-də gəlmiş imiş.

Bakıdan gələn həkimlərin məsləhətilə iyulun 17-də mən Münəvvərlə birlikdə Xəlfəliyə (İsa bulağından aşağıya) düşdük və avqustun 12-nədək Aleksanbəyin bağında çadırda qaldıq. Mən və Münəvvər xeyli kökəlmişik.

Bakıda bu il havalar çox isti keçdi. Ənvər Bakıda qalmış və vaxtını yaxşı keçirmişdir.

Nadya Kürdəmirə getməyə hazırlaşır. Bir həftə orada qalandan sonra Bakıya yola düşəcək.

Anan da kökəlib. Hamımız sənin yolunu gözləyirik. Oğlum üçün bərk darıxmışam və ondan ricam budur ki, gəlsin ki; atası öz balacığazını doyunca qucaqlasın.

Mən bir az kökəlmişəm. Belə güman eləyirəm ki, naxoşluğumun nə ilə qurtaracağı barədə bir o qədər fikir çəkmək lazım deyil. Özünə fikir ver, şad və qıvraq ol və mənim barəmdə heç narahat olma. Özünü soyuqdəymədən, yoluxmadan gözlə, yemək-içməyinə fikir ver.

Arzum budur ki, öz praktikanı vaxtında, həm də müvəffəqiyyətlə başa vurasan.

 

Səni sevən atan Cəlil.

 

Əgər vaxtın olsa, Bakıya yaxud Kürdəmir stansiyasına bir-iki kəlməlik cavab yaz.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info