Qonaq Kitabı
MƏKTUB (123)

 

Bakı, 15 aprel (1931).

 

Əzizim Kərbəlayı Cabbar!

 

Mənim böyük oğlum Midhəti Leninqrada dərsə göndərirlər. Ümidvaram ki, sən ona hörmət elərsən ki, qürbətdə korluq çəkməsin. Xərcliyi və hər bir şeyi var, ancaq dost-aşnası oralarda yoxdur, səndən və Babadan başqa.

Niyə bildir buraya yaylağa gəlmədin?

Sənin səmimi dostun Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info