Qonaq Kitabı
MƏKTUB (119)

 

(20 dekabr, 1930).

 

Əzizim Həmidə, Münəvvər və Müzəffər! Məktubunuzu aldım. Sağ olun. İstirahət edirəm. Bir azdan sonra müalicə etdirməyə başlayacağam.

Həmidə, qoy Midhət sənin üçün Bakıda otaq tapsın və ora köç. Jurnal olmadığı təqdirdə yenə də bizim yanımıza köçüb uşaqlarla birlikdə yaşarsan.

Sizin yanınızda olmağı nə qədər arzu edirəm!.. Çox xahiş edirəm ki, mənə təsirli məktublar yazmayın (məsələn Münəvvərin mənim xəstəliyim üçün həyəcan keçirməsi və sairə). Belə kağızlar məni narahat edir və nigaran qoyur. Bu da səhhətim üçün zərərlidir. Artıq yoruldum, yaza bilmirəm.

Hamınızı öpürəm.

 

Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info