Qonaq Kitabı
MƏKTUB (117)

 

10 noyabr, 1930.

 

Həmidə!

 

Midhət artıq sənə yazmışdı ki, biz Hacının evində sənin üçün otaq hazırlamışıq. Çox münasib otaqdır. Midhətlə fikirləşib bu qənaətə gəldik ki, qışda Şuşada sənə soyuq olar və darıxarsan, bizim mənzilimiz isə darısqaldır. Odur ki, məsələni ancaq bu cür həll eləyə bilərdik. Çalışacağıq ki, burada rahatca dolanasan. Ona görə də yola düşməyə yığış və yaz görək Rzaquluya nə qədər borcun var. Yol pulunu və ona borcunu poçtla göndərərəm. Amma Şuşadakı yaylaq evi ilə tamam üzülüşmə, çünki yayda mütləq hamımız oraya gedəcəyik. Ağır şeyləri orada qoya bilərsən, bura heç nə gətirmək lazım deyil. Uşaqlar səni gözləyirlər.

 

Cəlil.

 

Yola düşəndə Şuşadan teleqram vur.

 

 

Uzaq Kislovodskidən mehriban Həmidəyə salam göndərir və ona xeyir-dua eləyirəm ki, mənə vaxtında iki oğul bəxş etmişdir. Onların hər ikisi bu ağır günlərimdə mənim ağıllı köməkçilərim olmuşlar. Fevrala qədər bir təhər səbr elə, sənin üçün bir təhər Bakıda yer düzəldirik. Sən bir mənə bax ki, istəkli Midhətimin Bakıya yola düşməsi mənə dərd olub. Bilmirəm buna necə dözəcəyəm. Hələlik, sağ ol.

 

Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info