Qonaq Kitabı
MƏKTUB (115)

 

27 iyul (1930).

 

Əziz oğlum Midhət!

 

Yoldaşın Daşkeviç sənin məktubunu gətirib mənə verdi. Şad oldum. Dediyin vaxtda səni gözləyəcəyik. Mən hələlik heç yana getmək fikrində deyiləm. Mənim qaloşlarımı, – ki aparmışdın, – qayıdanda gətir, çünki özümə təzə qaloş tapa bilməmişəm.

Özünü gözlə. Elə ki, gəldin, lazım gələcək ki, Şuşada dincələsən.

Hələlik, salamat qal.

 

Dədən Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info