Qonaq Kitabı
MƏKTUB (112)

 

Bakı, 11 may, 1930.

 

Əzizim Baba!

 

Kağızın dünən mənə çatdı və çox şad oldum ki, səlamət gedib oraya çatdın və getdiyin yerdən də razısan.

Mən elə bilirəm ki, sən mənim ata nəsihətimi yaddan çıxarmayacaqsan ki, qocalana kimi oxumaq dalınca olasan, çünki insana əvvəl-axır bir oxumaq qalacaq. Bir surətdə ki, bir belə fürsət ki, ələ düşübdür – hamıya və həmişə müyəssər olmaz.

Sən buradan gedəndən sonra mən Balaxanski küçədə tramvaynan keçəndə küçədə bir adamı sənə oxşatdım və tramvaydan düşüb getdim, sizin qapını döydüm. Bir qoca arvad çıxdı və dedi ki, sən üç gündür ki, getmisən.

Şəhərdə elə bir təzə xəbər yoxdur. Qarayev Əliheydəri Gəncəyə təyin ediblər – firqə katibi. Özgə işlərdə – haman qərardır.

Ümidvaram ki, genə kağız yazarsan.

Hələ ki, səlamət qal.

 

Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info