Qonaq Kitabı
MƏKTUB (110)

 

1 aprel, 1930.

 

Həmidə!

 

Mən sənə hələlik ona görə yol pulu göndərmirəm ki, mənim hesabıma görə jurnal tezliklə dayandırılmalı, yaxud həmişəlik buradan çıxıb getməli idi. Onda, əlbəttə, sən köçüb gələr və burada yaşardın. Çünki birdən böyük otaq da boşalardı, mənim otağıma da daha iş üçün gəlib gedən olmazdı.

Amma bu əhvalat hələ uzanır. Əgər çox uzansa, onda gərək sən kükürdlü sular vannasının mövsümü başlanandan gec olmayaraq gəlib Hacının evinə düşəsən (əvvəl şərtləşdiyimiz kimi). Odur ki, bu gün mən sənə yarımaylıq məvacibimi – 40 manat, üstəlik 25 manat (verdiyin borcun yarısını), cəmisi 65 manat göndərirəm. Aldığım borcu tamam göndərərdim, amma təqaüdümü hələ almamışam (bilmirəm nə üçün ləngidiblər). Alan kimi göndərərəm.

Uşaqlar sağ-salamatdırlar. Müzəffər və Münəvvərə söz veriblər ki, səslərini qaytaracaq və onlara iş verəcəklər. Midhət və Ənvər dərslərində yaxşıdırlar. Dünən Midhətin anadanolma günü idi. Ona yoldaşları qonaq gəlmişdilər. Bizdə bir yenilik yoxdur.

Hələlik.

 

Cəlil. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info