Qonaq Kitabı
MƏKTUB (109)

 

1929.

 

Əli Məhzun yoldaşa

 

Mən qabaqlarda Ruhullaya da demişdim ki, mən öz barəmdə bir şey yaza bilmirəm, savayı ondan ki, anadan olmuşam min səkkiz yüz yetmişinci ildə (1870), Naxçıvan şəhərində. On üç yaşadək mollalar yanında dərs almışam, sonra Qori seminariyasına daxil olub 1888-ci ildə oranı tamam edib kəndlərdə müəllimliyə məşğul olmuşam. Ta ki, 1904-cü ildə “Şərqi-Rus” qəzetində bir il çalışıb, 1906-cı ildə “Molla Nəsrəddin”i bina etmişəm.

Birinci hekayəm “Danabaş kəndi əhvalatı” adı ilə haman 1890-cı ildə yazılıbdır.

Teatr üçün əsərlərim: “Ölülər”, “Anamın kitabı” və “Danabaş kəndi müəllimi”; hekayələrim də məlum.

Bunu da məlum edirəm ki, bu günlərdə Abdulla Şaiq də gəlmişdi bizə mənim tərcümeyi-halımı alsın. Mən ona da ancaq bu məlumatı verə bildim. Amma o dedi ki, anket surətində bir sual cədvəli yazsa, cavab verə bilərəm mən? Dedim: əlbəttə, verərəm.

İndi bilmirəm sizə bundan artıq mənim barəmdə məlumatlar lazımdırmı? Belədə bu kifayətdir.

 

Dostun Cəlil. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info