Qonaq Kitabı
MƏKTUB (105)

 

Bakı, 28 fevral, 192(?).

 

Mənim əziz qızım Münəvvər!

 

Sənin kağızını, həmçinin Müzəffərin kağızını Ənvər gətirdi. Amma çox pis iş görüb ki, dərsə gecikib.

Bizdə heç bir təzə xəbər yoxdur, sizdə isə, həmişə də xoş olmasa, daim yenilik var. Amma bu işləri ürəyinə salıb fikir eləmə. Ən vacibi budur ki, növbənöv çəkişmələrə qarışmayasan və cürbəcür naxunəçilərdən uzaqda olasan.

Müzəffərə salam göndərirəm və onu öpürəm.

Rəcəbovun fitnə-fəsadına və çəkişmələrinə fikir vermə. Əgər hövsələn gəlsə, Ağdamda olan Qarayeva və Qasımova şikayət elə ki, Rəcəbovun hərəkətləri jurnalda tənqid olunduğuna görə indi o, kəndliləri sənin üstünə qaldırır. Hələlik, sağ ol. Sənin haradan başına düşüb ki, mən səni istəmirəm?

 

Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info