Qonaq Kitabı
MƏKTUB (103)

 

9 iyun (1929), İrəvandan.

 

Məmmədəli!

 

Biz iki gün də İrəvanda qalandan sonra gəlirik Tiflisə, beş gün də orada qalıb gələcəyik Bakıya.

Ümidvaram ki, məcmuəni adi bir qayda ilə çıxarasan ki, kəm-kəsiri olmaya. Əli Nəzmiyə materialdan yana kömək elə ki, məcmuəni əhəmiyyətsiz material ilə doldurmağa məcbur olmasın. Habelə şəkillər biməna olmasınlar. Bu barədə Polina Afanasyevnaya da yazmışam ki, sənə desin. Əlbəttə unutmayasan. Ümimiyyətlə, diqqət ver ki, yaramaz material çap olunmasın.

Söz yox ki, xüsusi bir hal üz verəndə Əhməd yoldaşın rəyini soruşasan. Hələ ki, bu qədər.

 

Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info