Qonaq Kitabı
MƏKTUB (100)

 

28 fevral, 1929.

 

Həmidə!

 

Midhətlə Tiflisə getmişdim. Orada sənə kağız yazdıq. Mən olmayanda Azərbaycan MİK sənin ərizəni Dağlıq Qarabağa göndərib ki, öz fikirlərini yazsınlar. Dünən Azərbaycan MİK-nə getdim və elə dünəncə Azərbaycan MİK tərəfindən Stepanakertə teleqram vuruldu ki, cavabı ləngitməsinlər. Zənnimcə sənin səsin məsələsi müsbət həll ediləcək; odur ki, narahat olma.

Tiflisdə uşaqlar bizim gəlişimizdən çox şad oldular. Biz hər gün bir yerdə olurduq. Hətta Yusifxan bizim hamımızı sirkə qonaq elədi, sirk uşaqlar üçün çox maraqlı oldu.

Midhət və Ənvər məktəbə gedirlər və hələlik dərslərdən geri qalmırlar. Fevralın 15-də sənə göndərilən 40 manat haqqında hələlik səndən xəbər yoxdur. Sabah da 40 manat göndərirəm.

Hələlik. Hər şey yaxşıdır.

 

Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info