Qonaq Kitabı
MƏKTUB (98)

 

28 dekabr, 1928.

 

Həmidə!

 

Sənin kağızını aldım. Yazdığım məsələ barəsində onu deyə bilərəm ki, əgər yerli hökumət seçkilərdə sənin səsini almağı lazım bilirsə, nə eləmək olar. Hətta o adamlar ki, sənin yazdığına görə sənə qahmar çıxırlar, mən onlara da məsləhət görərdim ki, bundan əl çəksinlər, yoxsa qaş qayıran yerdə göz çıxara bilərlər. Yadına sal ki, inişil kəndlilər Müzəffərə necə səsini vermək istəyirdilər.

Mən Müzəffərə də, hətta Münəvvərə də məsləhət görürəm ki, yeni seçkilərə qarışmasınlar.

Midhətlə birlikdə çalışırıq ki, kontoru başqa bir yerə köçürək. Bizə jurnalın Zavedenski küçədəki binasında yer vəd eləmişdilər, lakin onu özgəyə verdilər, bizə isə başqa bir yer vəd eləyiblər.

Midhət gecələr evə gec gəlməyə başlayıb (saat 2-də, 3-də) və məni rahat yatmağa qoymur. Bu barədə bizim aramızda söz olur və yuxudan doymadığıma görə yenə başım müttəsil ağrıyır.

 

Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info