Qonaq Kitabı
MƏKTUB (97)

 

Bakı, 2 sentyabr (1928).

 

Möhtərəm Bahar yoldaş!

 

İki gün bundan qabaq yaylaqdan gəldim və məktubunuzu oxudum. Cavabınız 36-cı nömrədə eynən çap olunacaq. Savayı bundan ixrac olunmuş müəllimlərin adlarını bilmək istərdim, gələcəkdə bizə lazım olar. Hələ ki, belə.

 

Həmvilayətlik salamı ilə Cəlil Məmmədquluzadə

 

(Molla Nəsrəddin).

Mümkünsə dəftərxananıza sifariş veriniz ixrac olunmuş

müəllimlərin adlarını idarəmizə göndərsinlər.

C.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info