Qonaq Kitabı
MƏKTUB (96)

 

İrəvan, 8 fevral (1928).

 

Həmidə!

 

Mən indi İrəvandayam. Sabah geri qayıdıram. Erməni yazıçısı Şirvanzadənin yubileyinə gəlmişdim. Bir neçə gün bundan qabaq mən teleqrafla Münəvvəri Bakıya çağırdım. Onların kənddə yaşamalarının mənası yoxdur. Münəvvərin işləri düzələn kimi (çox tez düzələcək) Müzəffəri də çağırar. Az. MİK Qəmərin də Bakıya işləməyə gəlməsini məsləhət görür. Bu barədə Bakıdan müfəssəl yazaram. Tiflisdə Yusifxangilə dəydim. Hamısı salamatdır. Hələlik, salamat qal.

 

Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info