Qonaq Kitabı
MƏKTUB (94)

 

Bakı, 7 may, 1927.

 

Xalq rəssamı və əziz yoldaş möhtərəm Əzimzadəyə.

 

Gərək bunu bilmək ki, mən özüm fitrətən həmişə gurultulu nümayişlərdən uzaq olmuşam, o dərəcəyə kimi ki, mənim özümə aid olan yubileyləri qəbul etməmişəm və lakin buna baxmayaraq yenə sizin yubiley axşamı bir tövr özümü oraya süründürdüm və burada da mənimki gətirmədi: o yerdə ki, səni qoltuqlayıb səhnəyə aparırdım, zalım oğlu Dorş yoldaşın zorla səni mənim əlimdən aldı. Digər tərəfdən də müəyyən surətdə cildə verdiyimiz “Molla Nəsrəddin” məcmuəsi hədsiz tətillərin bərəkətindən öz vaxtında hazır olmadı və yubiley axşamı əlimizi boş qoydu.

Sən gərək inanasan, mən ikiüzlülüyü bacaran deyiləm və sənin bu bayramına səmimi-qəlbdən şərikəm və (özümü) borclu bilirəm yenə dəfələrlə bu birinci nömrədən başlayıb sənin xidmətini məcmuəmiz vasitəsilə meydana qoyam və iyirmi il bundan əqdəm bizdə iştirakını orada qeyd edəm.

Sənin qoca yoldaşın Cəlil Məmmədquluzadə, “Molla Nəsrəddin” məcmuəsinin həmişəki müdiri və baş mühərriri.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info