Qonaq Kitabı
MƏKTUB (93)

 

Borjom. Tək gün. 20 iyul (1926).

 

Həmidə!

 

Mən Borjoma gəlməli oldum. Tiflis bərk isti olduğuna görə yolüstü orada qalmadım. Mənim hesabıma görə sənin pulun artıq qurtarıb. Odur ki, bu gün buradan poçtla sənə 50 manat göndərirəm. Sən onu xərcləyib qurtarıncaya qədər mən özüm Şuşaya gələcəyəm. Əvvəlcə Bakıya qayıdıb Pakizəni gətirməliyəm.

Midhətin səhhətindən, yemək-içməyindən və dolanacağından daim nigaranam. Daha onun rus dilindən yay məktəb işi də yadımdan çıxıb, çünki ən birinci iş onun səhhətinə, yemək-içməyinə qulluq eləməkdir. Bilmirəm o, kifayət qədər süd, qaymaq, bal, yağ, cücə əti, plov yeyirmi, hər axşam şam eləyirmi, təmiz havada gəzirmi? Şənbə günü, iyulun 23-ündə Bakıya yola düşürəm; bu suallar barədə mənə birbaşa oraya cavab yaz. Ayın 25-ində isə Şuşaya yola düşürəm. Bu gün Müzəffərə də yazıram ki, o da Münəvvərlə Lisoqorska getsinlər (əgər indiyəcən getməyiblərsə).

Sahibə xanımın evində necə yerbəyer oldun və oraya gəlib düşdün? Mənim əzizim Ənvərin kefi-əhvalı necədir? Əsgər xan neyləyir və o indi haradadır? Borjomun əntiqə təbiəti var və bura Lisoqorskdan yaxşıdır. Midhət barədə qayğıkeşlik yadından çıxmasın (yoxsa mən buradan belə tez çıxıb gəlməzdim).

Hələlik. Yaxın günlərdə görüşənə qədər.

Avqustun axırında Pakizəni Zaqatala qız seminariyasına aparacağam (Badisabah xanım Köçərlinin yanına).

Uşaqlara və Süleymanın ailəsinə salamlar.

 

Cəlil.

 

“Mineralnıye vodı” mehmanxanası, â„– 29. Amma sən bu məktubu alanda mən artıq burada olmayacağam.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info