Qonaq Kitabı
MƏKTUB (92)

 

31 may (1926).

 

Müzəffər!

 

Mən Şuşada mənzil tutmaq barədə sənə yazmışdım. Bir təhər Şuşaya gedib, iki otaq kirayə elə. Çox güman ki, bu yay mən Qarabağa gəlməyəm. Süleyman Əmirxanovun evinə bir də düşməyəcəyik. Odur ki, Şuşada iki otaq tutmayınca uşaqları göndərməyəcəyəm, onların Kəhrizlidə işi yoxdur.

Münəvvər necədir? Onun üçün məst göndərəcəyəm.

Həmidə xanım bu gün Tiflisə gedir.

 

Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info