Qonaq Kitabı
MƏKTUB (91)

 

27 yanvar, 1926.

 

Möhtərəm yoldaş!

 

Keçən il fevral ayında sizin isminizə çatdırmaq üçün beş ədəd “Ölülər” kitabçası göndərildi. İndi sizdən xahiş olunur satılanların pulunu, satılmayanların özünü göndərəsiniz (25 faiz, əlbəttə, çıxılmaqla).

Qaldı kitabçalar söhbəti: noyabr ayında iyirmi beş (25) ədəd “Sirkə”, dekabrda 25 “Molla Fəzləli”, yanvarda 25 “Baqqal Məşədi Rəhim” və 25 “Şeir bülbülləri” göndərildi. Bəlkə də bu zəhmətlər sizin üçün əlverişli deyil, amma ümidvarıq ki, bunu siz maarif naminə vəzifə hesab edib və bu zəhmətə qatlaşıb mürür ilə kitabçalardan satdırasız və həmçinin pullarını öz vaxtında göndərəsiniz.

 

Ehtiram ilə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info