Qonaq Kitabı
MƏKTUB (90)

 

18 yanvar, 1926.

 

Məmmədəliyev yoldaşa.

 

Məqaləniz gəlib çatdı. Bir para yerini təshih edəndən sonra çap edərik. Yazırsınız – paranı necə göndərmək? Lazımdır poçtxanaya pulu sayıb vermək və perevod ilə, yoxsa paket içinə qoysanız biqanun olar və yolda pul tələf olar.

Və bir də xahiş olunur bir adam təyin edəsiz bir neçə məcmuə və balaca kitabçalardan göndərək satılsın. Cavab gözləyirik.

 

“Molla Nəsrəddin” müdiri: Cəlil Məmmədquluzadə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info