Qonaq Kitabı
Könül seyranda gəzərkən

Könül seyranda gəzərkən,

Şah gəldi, qondu saraya.

Haqqa niyaz eylər ikən

Bir əngəl düşdü araya.

 

Haqqın qapısından girdim,

Kəndi vücudumu gördüm,

Mərifət qazanan qurdum,

Eşqi qaynadan kürəyə.

 

Məhəbbət xaslar xasıymış,

Etməyən haqqın nəsiymiş,

Sevgi haqqın sevgisiymiş,

Ərənlər nə der buraya?

 

Hilə quşadın, düşürdün,

Firqət qazanın daşırdın,

Mərifət aşın bişirdin,

Duzun daldırdın hərəyə.

 

Xətayi der ixtiyarsız:

Neyləyim dünyanı yarsız.

Oldur aləmdə xəbərsiz,

                                                 Duz tökmək istər yaraya.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info