Qonaq Kitabı
MƏKTUB (85)

 

Bakı, 31 yanvar, 1925.

 

Məmməd Səid!

 

Özün bilirsən ki, axır vaxtlar başım ağrıyır və bir şey də yaza bilmirəm. Çoxdan bu fikrim vardı ki, indi yaxşı bəhanə də düşdü o fikri əmələ gətirməyə: mənim qəti qərarım budur ki, dəxi “Molla Nəsrəddin” jurnalını çıxartmaqdan bilmərrə əl çəkmək, evdə oturmaq və hökumətimizdən beş-on manat pensiya istəmək, – ki elə bilirəm, ona bəlkə haqqım da ola, – və pensiya da olmasa, bir özgə mənbədən bir müxtəsər xərclik axtarmaq.

Əgər “Molla Nəsrəddin”in nəşri hökumətə lazım olsa, heç sözüm yoxdur, özgə bir imza ilə məcmuənin nəşrinə heç müzaiqəm yoxdur. Hətta, yaza da bilsəm, sətir haqqının sahibi olaram.

Amma bunu yenə deyirəm ki, bundan sonra mənim imzam məcmuədə görünsə, o vədə şikayətçi olsam, gərək heç kəs məndən inciməyə.

İndi də başım ağrıyır, çıxa bilmirəm.

 

Cəlil Məmmədquluzadə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info