Qonaq Kitabı
MƏKTUB (84)

 

24 yanvar (1925).

 

Əzizim Həmidə!

 

Mən heç başa düşmürəm ki, nə olub. Neçə vaxtdır ki, səndən kağız yoxdur. Bir də, axı, Bakıya gəlməyə hazırlaşırdın, axı ləhgiməyinə səbəb nədir? Uşaqlar sənin üçün yaman darıxırlar və bu, onların dərsinə də, səhhətinə də pis təsir eləyə bilər.

Naxoş deyilsən ki? Bir şeyə ehtiyacın yoxdur ki? Səbirsizliklə səndən xəbər gözləyirəm.

Dəyirmanın işləri necə gedir? Müzəffər necədir? Münəvvər xəstəxanada işləyirmi? İşləmirsə, nə üçün?

Sənə və o birilərə bir şey lazımsa, yaz, mən təcili alıb göndərim. Əliş bəyə de ki, göndərdiyi şeyləri və 2+1 çervonu deməli, 3 çervon aldım. Deyəsən, çervonun birini Bünyad üçün göndərib.

Uşaqların hamısı sağ-salamatdır. Keçən payız mən həmişə kefsiz oldum. İndi halım bir az yaxşıdır. Teymur çox naxoş oldu.

Uşaqlar hamısı yaxşı oxuyur. Midhətin məşğələləri lap müvəffəqiyyətlə gedir. O, xüsusi müəllimdən alman dilini öyrənir, habelə fars dilindən də eyni qayda ilə dərs alır. Teymurdan başqa uşaqlardan heç biri xəstələnməyib.

Sənə səmimi salam göndərir və təvəqqe eləyirəm söz verəsən ki, indi də gəlməsən, bayram üçün burada olacaqsan.

Burada həmişə yazdır.

 

Sənin Cəlilin.  

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info