Qonaq Kitabı
MƏKTUB (83)

 

(1924).

 

Əzizim Midhət!

 

Məktubunu aldım. Sən Bakıya gələnə qədər sənə velosiped almağa söz verirəm; bu şərtlə ki, bütün yayı fars dili müəllimindən dərs alasan. Əgər yayda Turşsuda olsan hər halda fars dilini bilən bir adam tapıb, ondan dərs ala bilərsən. Həmçinin sən məktəb dərslərini də təkrar eləməlisən. Ənvər də həmçinin. Sən habelə Radiklə məşğul olmalısan. Gərək anan səndən tamam razı olsun.

Sentyabrın əvvəlində ananı Bakıya gətir.

 

Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info