Qonaq Kitabı
MƏKTUB (80)

 

Ufa, 1 oktyabr (1924).

 

Əziz oğlum Midhət!

 

Buradan Qazana yola düşürük. Ümidvarıq ki, oktyabrın 10-nu üçün Bakıda olaq. Bilmirəm anan Bakıya gəlib ya yox. Əgər gəlməyibsə, mənim bu məktubumu ona göndər. Yəqin sən və Ənvər, sözsüz, məktəbə gedirsiniz. Bilmirəm Teymur imtahan tuta bildi ya yox. Əliş (Süleymanın oğlu) necə oldu, məktəbə girə bildi ya yox? Səmədi qəbul elədilərmi? Güzəranınız necə keçir? Hər bir şeyiniz var ya yox? Yəni paltar, dərs kitabları, yemək xərci və i. a. Jurnalın idarəsindən Polina sizə xərclik verməli idi.

Əgər Səmədi qəbul eləməyiblərsə, onda Əliş bəyin oğlanlarından birini Bakıya gətirmək yaxşı olardı.

Mənim istəkli oğlum Ənvər necədir? Onun hər şeyi varmı? Çatmayan şeyi olsa, Bakıya gələn kimi alaram. Pakizə necədir? Ananın kefi nə təhərdir? (Əgər oradadırsa). Əgər o gəlməyibsə, nə üçün gəlməyib? Axı o gərək müalicə elətdirsin. Ümidvaram ki, siz dərslərinizi vaxtlı-vaxtında, səylə oxuyursunuz. Ev üçün darıxmışam və ona görə də gəlməyə tələsirəm. Siz hələlik öz dərsinizi oxuyun. Hər halda anandan çox nigaranam, xüsusilə ona görə ki, bilmirəm haradadır. Hələlik, xudahafiz. İstəkli balalarımı qucaqlayır və bərk-bərk öpürəm.

 

Atan Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info