Qonaq Kitabı
MƏKTUB (78)

 

8 sentyabr, 1925.

 

Həmidə!

 

Başa düşmürəm səndən nə üçün mən bir dənə də məktub almıram. Buraya gələni sənə bir sifarişli məktub yazmışam, iki dəfə poçtla 50 manat pul göndərmişəm, bir dəfə də uşaqlar barədə teleqram vurmuşam ki, gəlməsinlər.

Dünən Midhət imtahan verib, o biri sinfə keçdi. O gündə iki dəfə müəllimənin yanına, bəzən də habelə Blaqovidovanın yanına gedirdi. Amma çox arıqlayıbdır və indi dincəlir. Mən onun yemək-içməyinə diqqət yetirir, süfrəsinə zövqünə və arzusuna uyğun şeylər düzürəm.

Biz Bakıya gələni havalar çox isti keçir. Gecələr adam, hətta küçə tərəfdəki dəmir balkonda da istidən yata bilmir. Bilmirəm sentyabrın 15-də başlanacaq dərsləri nə üçün təxirə salmırlar.

Bir neçə günə poçtla pul göndərərəm və sentyabrın 13-ündə uşaqlar Yevlaxda vaqona minərlər ki, 14-ündə burada olsunlar. Əgər dərslərin başlanması barədə yaxın günlərdə təzə xəbər olsa, teleqrafla sənə bildirərəm.

Qoy Midhət öz işlərini yığıb gətirsin; habelə Pakizə. Başım ağrıyır, məktubu qurtarıram. İstəyirsən sən orada qal, oktyabrda, yaxud istədiyin vaxt gələrsən.

 

 

Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info