Qonaq Kitabı
Bir nəfəscik söyləyəyim

Bir nəfəscik söyləyəyim,

Dinləməzsən, neyləyəyim?

Eşq dəryasın boylayayım,

Ümmana dalmağa gəldim.

 

Eşq xərmənində sovruldum,

Həm ələndim, həm yoğruldum,

Qazana girdim, qovruldum,

Meydana yenməgə gəldim.

 

Mən haqqa oldum aşina,

Qalmadı könlümdə nəsnə,

Pərvanəyəm ataşına,

Şəminə yanmağa gəldim.

 

Şah Xətayidir özümdə,

Heç xilaf yoxdur sözümdə,

Əskiklik kəndi özümdə,

Darına durmağa gəldim.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info