Qonaq Kitabı
HÜNƏR QALASI

Əmǝyi, zǝhmǝti sevmǝyǝn insan

HǝmişÇ yadlara yavıncı olur.

Loğman da dǝrdinǝ tapmayır dǝrman

Hǝmdǝmsiz otaqda zarıncı olur.

 

Hǝr insan qǝlbindǝ min arzu yatır,

Zǝhmǝt sayǝsindǝ murada çatır.

Kimlǝr ki tǝrini torpağa qatır,

Əmǝyin bǝhrǝsi, sevinci olur.

 

Vǝtǝnin sevmǝyǝn vaxtsız qocalır,

Könül rübabında "vay" nǝfsǝ çalır

Xalqın sevǝn, xalq ǝlilǝ ucalır,

Qolunda qüdrǝtli el gücü olur.

 

Güzgüdür insana sǝnǝt dünyası,

O ayna göstǝrir lǝkǝni, pası.

Sökülmür, dağılmır hünǝr qalası,

Hǝr tǝmiz ürǝkdǝ bir bürcü olur.

 

Cavan Hüseyn, sözü ürǝkdǝ bişir,

Çiy söz yaşamayır, qiymǝtdǝn düşür.

Sǝnin dǝ beynindǝn gövhǝr yetişir,

Dodağından düşÇn söz inci olur.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info