Qonaq Kitabı
İNANMA

İnsan üçün hǝyat baldan şirindi,

Kim desǝ bu baldan doydum, inanma!

Gǝnclik özü hǝr vüsaldan şirindi

Kim desǝ vüsaldan doydum, inanma!

 

Cavanlıq gözǝldi, qǝdrini bilsǝn,

Gözǝllǝr dǝstindǝ bir qızılgülsǝn,

Vǝfalı yar ilǝ danışıb gülsǝn,

Kim desǝ bu haldan doydum, inanma!

 

Hüseyn, eşqin sǝmǝndinǝ ol süvar,

Mǝhǝbbǝt ǝhlinin öz arzusu var.

Gözǝllǝrin xasından da xası var,

Kim desǝ gözǝldǝn doydum, inanma!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info