Qonaq Kitabı
Dil ilə dərvişlik olmaz

Dil ilə dərvişlik olmaz,

Halı gərək yol əhlinin

Arıların hər çiçəkdən,

Balı gərək yol əhlinin.

 

Keçmək gərək dörd qapıdan,

Qurtulasan mürəbbidən,

Mürəbbidən, müsahibdən

Əli gərək yol əhlinin.

 

Mən gəzərəm dərdli-dərdli,

Ötər firqətli-firqətli,

Bülbül kimi ünü dadlı

Dili gərək yol əhlinin.

 

Mən gəzərəm ayıq-ayıq,

Dəryalarda olur qayıq,

Bülbülləri şaha layıq,

Gülü gərək yol əhlinin.

 

Xətayim der: – Quşaq quşan,

Toz olur türaba düşən,

Budur dərvişliyə nişan;

Yolu gərək yol əhlinin.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info