Qonaq Kitabı
ŞİRİNDİR

Sirri bilinmǝyǝn zülmǝt gecǝnin

Röyası da, sǝhǝri dǝ şirindir.

Yar yolunda şirin candan keçǝnin

Sevinci dǝ, qǝhǝri dǝ şirindir.

 

ŞÇkǝrdǝn alınıb mǝhǝbbǝt tamı,

Baldan süzülübdür vüsalın camı.

Kǝsib yolum, töksǝ qanım haramı,

Al qanımın cövhǝri dǝ şirindir.

 

Cavan Hüseyn pozmaz ǝhdin-peymanın,

İtirmǝz şöhrǝtin, itirmǝz şanın.

Acının, şirinin dadıbdır tamın,

Dostun mǝnǝ zǝhǝri dǝ şirindir.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info