Qonaq Kitabı
Baharın gəldiyin nədən biləyim

Baharın gəldiyin nədən biləyim,

Gül digəndə bitər, bülbül taldadır.

Əyyubun tənində iki qurd qaldı,

Biri ipək sarar, biri baldadır.

 

Könlünə gətirmə şəkk ilə güman,

Seyid Nəsimiyə de ol oldu şan,

Tanrı ilə min bir kəlam söyləşən

Əli Mədinədə, Musa Turdadır.

 

Şəriət yolunu Məhəmməd açdı,

Təriqət gülünü Şah Əli seçdi,

Şu dünyadan neçə yüz min ər keçdi,

Onlar ittifaqda, Mehdi yoldadır.

 

Adəmin, Hatəmin zati Fəzlullah,

Əşyayi  qərq etmiş bu, bir sirrullah

Şahənşahi-qütbi-aləm zillullah

Qüdrəti-nəzəri mömin quldadır.

 

Şah Xətayi aydır: – Sirrini yayma,

Qıla gör namazın qəzayə qoyma,

Şu yalan dünyada heç sağam deymə,

                                     Tənin tənaşirdə, sirrin saldadır.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info